Maştağada 31 yaşlı kişi evində ölü tapıldı

Maştağada 31 yaşlı kişi evində ölü tapıldı

Bakıda evdən meyit tapılıb.

Lent.az-ın məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 31 yaşlı Adil Həsənovun meyiti yaşadığı evdə aşkar edilib.

Onun meyitinin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Hazırda kişinin ölümünün səbəbləri araşdırılır.