Bakıda avtomobil 20 yaşlı gənc qızı vurub

Bakıda avtomobil 20 yaşlı gənc qızı vurub

Bakının Sabunçu rayonunda 20 yaşlı gənc qızı avtomobil vurub.

“Report”un məlumatına görə, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. 2003-cü il təvəllüdlü Rəcəbova Şəfiqə Ramil qızı yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.