Kredit təşkilatının əməkdaşı özünü öldürüb

Kredit təşkilatının əməkdaşı özünü öldürüb

“FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının işçisi intihar edib. Hadisə bu gün səhər saatlarında Türkan qəsəbəsinin Sovxoz küçəsində baş verib.

Bu barədə Bizim.media-ya Türkan sakini Səbinə Mürsəlova məlumat verib.

Onun sözlərinə görə 1991-ci il təvəllüdlü Balaşir Ramazanov özünü yaşadığı evdə asıb.

Faciəyə səbəb olaraq intihar edən şəxsin külli miqdarda borcunun olduğu bildirilib.

Hadisə yerinə Xəzər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunublar.

Araşdırma aparılır.