Sumqayıtda avtobus qəzaya düşdü, sürücü öldü

Sumqayıtda avtobus qəzaya düşdü, sürücü öldü

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Trend-in məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Şirkətlərdən birinə məxsus sərnişin avtobusu idarəetmədən çıxaraq yolun kənarındakı ağaclığa girib.

Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır.