Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapıldı

Bakıda mənzildən meyit tapılıb.

ARANTV.AZ  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.