Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb

Siyəzəndə 71 yaşlı kişinin çürümüş meyiti aşkarlanıb

Siyəzəndə evdə çürümüş kişi meyiti tapılıb.

“Report” xəbər verir ki, hadisə Siyəzən şəhəri, Orucəli Qoçəliyev küçəsində qeydə alınıb.

Həmin ünvanda yaşayan 1952-ci il təvəllüdlü Nurəddin Manafovun meyiti yatağında çürümüş vəziyyətdə aşkar edilib.

Faktla bağlı Siyəzən Rayon Prokurorluğunda araşdırma aparılır.