Azərbaycan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə nə qədər vəsait xərcləyib?

Azərbaycan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə nə qədər vəsait xərcləyib?

“Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə 2021-2022-ci illərdə yenidənqurma işlərinə 4 milyard ABŞ dollarına yaxın pul xərcləyib”.

AZƏRTAC xəbər verir ki, bunu martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında söyləyib.

Bu il bu məqsəd üçün ən azı 1,7 milyard ABŞ dolları məbləğində vəsaitin ayrılmasının planlaşdırıldığını vurğulayan dövlət başçısı deyib:

“Biz müasir şəhərsalma – “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarından istifadə edərək yeni şəhər və kəndləri sıfırdan yaradırıq. Bu, milli hökumətlər tərəfindən postmünaqişə dövründə icra olunan nadir və daha öncə görünməmiş bir inkişaf, yenidənqurma modelidir.