Sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah bəzi yollarda görmə məsafəsi məhdudlaşacaq

Sabah Azərbaycanın bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Martın 6-da ölkə ərazisində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, gecə və səhər saatlarında bəzi magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.