“Turan Tovuz” istəyinə çatıb.
ARANTV.AZ xəbər verir ki, mövsümün əvvəlindən avtobus almağa çalışan bölgə təmsilçisinin arzusu reallaşıb.
Klubun yeni sponsoru “Turan Tovuz”a nəqliyyat vasitəsi alıb. Həmin avtobus AFFA-nın Hesabat Konfransının keçiriləcəyi hotelin qarşısına gətirilib.
AFFA Futbolun İnkişafı Fondu uzun müddətdir ki, kluba avtobus alınması üçün ianə kampaniyası həyata keçirirdi.
