Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupu Vətənə yola salınıb

Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupu Vətənə yola salınıb

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən daha 224 nəfəri Bakıya yola salınıb.

Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər:

“Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”.

Mənbə: “Anadolu”