Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub

Rüstəm İbrahimbəyovun qəbirüstü abidəsinin açılışı olub

Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Birinci Fəxri Xiyabanda qəbirüstü abidəsinin açılışı olub.

ARANTV.AZ xəbər verir ki, mərasimdə ölkənin mədəni-ictimai xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.

Mərasim iştirakçıları Rüstəm İbrahimbəyov haqqında xatirələrini və yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Qeyd edək ki, Xalq yazıçısının abidə-məzar daşının müəllifi Rusiya İncəsənət Akademiyasının akademiki, heykəltaraş Aydın Zeynalovdur.

Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.