İlaxır çərşənbədə azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

İlaxır çərşənbədə azyaşlının əlində pirotexniki vasitə partlayıb, gözündən xəsarət alıb

Biləsuvar rayonunda İlaxır çərşənbə günü azyaşlının əlində pirotexniki vasitə partlayıb və o xəsarət alıb.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 2009-cu il təvəllüdlü Y.Haqverdiyevin əlində pirotexniki vasitə partlayıb.

O, gözündən və gözətrafı nahiyədən ağır xəsarətlər alaraq xəstəxanaya aparılıb.