Fərid Qayıbov YUNESKO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında çıxış edib – FOTO

Fərid Qayıbov YUNESKO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin sessiyasında çıxış edib – FOTO

Gənclər və idman naziri, UNESCO-nun Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitəsinin sədri Fərid Qayıbov Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin Bakıda keçiriləcək VII Beynəlxalq Konfransına hazırlıq məqsədilə Fransanın paytaxtı Parisdə UNESCO-ya üzv ölkələrin Daimi nümayəndəliklərinin iştirakı ilə məlumatlandırma sessiyasında çıxış edib.

Nazirlikdən verilən məlumata görə, Fərid Qayıbov 100-dək ölkə nümayəndəsinin qatıldığı iclasın açılışında tədbirə hazırlıq prosesi barədə məlumat verib.

Görüşdə UNESCO Baş direktorunun sosial və humanitar məsələlər üzrə müavini Qabriela Ramos, eləcə də, xüsusi qonaq qismində dəvət olunmuş tanınmış futbol veteranı, 1994-cü il dünya kubokunun sahibi Rai Souza Viyera de Oliveyra çıxış ediblər.

Tədbirdə, həmçinin, VII Beynəlxalq Konfransa hazırlıq, təşkilati məsələlər barədə, eləcə də, Bakı şəhəri barədə təqdimatlar olub. Sonda Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəsi, səfir Elman Abdullayev qonaqları maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Bakıda keçiriləcək VII Beynəlxalq Konfransı 26-29 iyun aralığında baş tutacaq.

 

Azərbaycanda benzinlə bağlı YENİ XƏBƏR

Azərbaycanda benzinlə bağlı YENİ XƏBƏR

2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanda avtomobil benzininin istehsalı 3,7 faiz azalıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunur. Bildirilir ki, ümumilikdə neft məhsullarının istehsalı sahəsində…
Moskvada Novruz bayramı qeyd edilir – VİDEO

Moskvada Novruz bayramı qeyd edilir – VİDEO

Rusiyanın Moskva şəhərində Novruz bayramı qeyd edilir. Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin təşkil etdiyi tədbirdə bu ölkədə yaşayan və təhsil alan azərbaycanlı gənclər, Moskva şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Ətraflı Baku TV-nin…
Samir Bağırov yenidən səhnədə – VİDEO

Samir Bağırov yenidən səhnədə – VİDEO

Uzun müddətdir efirə çıxmayan müğənni Samir Bağırovun yeni görüntüsü yayılıb. Axşam.az xəbər verir ki, video ifaçı məkanlardan birində çıxış edərkən lentə alınıb. Bağırovun xeyli çəki alması diqqətdən qaçmayıb. Həmin görüntüləri…