Bakıda 58 yaşlı kişi tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

Bakıda 58 yaşlı kişi tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Report”un məlumatına görə, Şağan qəsəbəsində tanıdığı şəxslər tərəfindən bıçaqlanan 1965-ci il təvəllüdlü Cəlilov Əzizağa Şəmsi oğlu təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarının ön divarının çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.