Bakıda minik avtomobili yük maşınına çırpılıb, sərnişin ölüb

Bakıda minik avtomobili yük maşınına çırpılıb, sərnişin ölüb

Bakıda minik avtomobili yük maşınına çırpılıb.

APA xəbər verir ki, İsmayıl Eylaz oğlu Abdullayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-Balaxanı yolu ilə şəhər istiqamətində hərəkətdə olarkən işıqforda dayanan, yük avtomobilini arxa hissəsindən vurub.

“Mercedes-Benz”də sərnişin qismində olan Mənaf Fərhad oğlu Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Fakt üzrə cinayət işi başlanıb.