Astarada dörd yaşlı uşağı it dişləyib

Astarada dörd yaşlı uşağı it dişləyib

Astara rayonunda 4 yaşlı uşağı it dişləyib.

APA xəbər verir ki, hadisə rayonun Toradi kəndində baş verib.

4 yaşlı A.Hüseynzadə həyətdə oynayarkən it hücum edərək onun üz nahiyəsini dişləyib.

Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı zərdab vurulub. Ambulator müalicəyə buraxılıb.