Şamaxıda “Hummer” yandı

Şamaxıda “Hummer” yandı

Şamaxıda avtomobil yanıb.

“Qafqazinfo”nun məlumatına görə, yanğın rayonun Acıdərə adlanan ərazisində baş verib.

Yanğın 1982-ci il təvəllüdlü Rzayev Elçin Həsənbala oğluna məxsus “Hummer” markalı avtomobildə olub.

Yanğın yerinə yanğınsöndürən maşın və şəxsi heyət cəlb olunub.

Avtomobilin yanar konstruksiyaları tamamilə sıradan çıxıb.

Hadisə zamanı xəsarət alan olmayıb.