Sabirabadda sürücülük hüququ olmayan şəxs 11 yaşlı oğlanı vurub öldürdü

Sabirabadda sürücülük hüququ olmayan şəxs 11 yaşlı oğlanı vurub öldürdü

Sabirabadda 11 yaşlı uşağı maşın vurub öldürüb.

“Trend”in məlumatına görə, hadisə şəhərin Muğan prospektində baş verib. Şəhər sakini 1952-ci il təvəllüdlü Feyruz Ayaz oğlu Ələkbərov sürücülük hüququ olmadan idarə etdiyi özünə məxsus “Mercedes-Benz” markalı avtomobillə şəhərin Muğan prospektində hərəkətdə olan zaman yolu keçmək istəyən piyada Sabirabad rayonu Qalaqayın kənd sakini 2012-ci il təvəllüdlü Rəvan Pərviz oğlu Qasımlını vurub. Azyaşlı xəstəxanada ölüb.

Faktla bağlı Sabirabad RPŞ-nin İstintaq bölməsində Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsi ilə başlanılmaqla istintaq aparılır.