Azərbaycanda şagird məktəbin binasından yıxıldı

Azərbaycanda şagird məktəbin binasından yıxıldı

İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb.

ARANTV.AZ xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb.

Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız məktəbin ikinci mərtəbəsindən yıxılıb.

Hadisə nəticəsində məktəbli xəsarətlər alıb.

Faktla bağlı rayon prokurorluğundan araşdırma aparılır.