Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək

Roma Papasının nümayəndəsi bu gün Kiyevə səfər edəcək

Roma Papasının nümayəndəsi Matteo Cuppi böhranı həll etmək üçün bu gün Ukrayna paytaxtına səfər edəcək.

Bu barədə Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti xəbər yayıb.

“Bolonya arxiyepiskopu, kardinal Matteo Mariya Cuppi Roma Papası Fransiskin nümayəndəsi kimi iyunun 5-6-da Kiyevə səfər edəcək. Bu təşəbbüsün məqsədi ədalətli sülhə nail olmağın mümkün yolları barədə Ukrayna hakimiyyətini diqqətlə dinləmək və gərginliyin azaldılmasına töhfə verən humanitar səyləri dəstəkləməkdir”, – deyə məlumatda bildirilir.

Xatırladaq ki, aprel ayında Roma Papası Vatikanın Rusiya ilə Ukrayna arasında münaqişəni dayandırmağa çalışmaq üçün sülhməramlı missiyada iştirak etdiyini açıqlayıb.

Mənbə: Slovoidilo.ua