Ukrayna ordusunun dünənki hücumunun qarşısı alınarkən 71 rus əsgər ölüb, 210 nəfər yaralanıb. Bu sözləri Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.
Şoyqu təsdiqləyib ki, Ukrayna çoxdan vəd edilən əks-hücum əməliyyatına 3 gündür başlayıb.
“Bütün istiqamətlərdə 3 günlük hərbi əməliyyatlar zamanı Ukrayna silahlı qüvvələrinin itkiləri 3715 əsgər, 52 tank, 207 zirehli texnika, 134 avtomobil, 5 təyyarə, 2 helikopter təşkil edib”, – Şoyqu əlavə edib.
Müharibənin bu mərhələsində nələr baş verir? Bu və gündəmdəki bir çox sualları bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Hazırda Ukraynada olan eks Daxili Qoşunların rəhbəri Fəhmin Hacıyev bizimlə müharibənin hazırkı mərhələsini təhlil edəcək. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
