İki ay sonra toyu olacaqdı, özünü asdı

İki ay sonra toyu olacaqdı, özünü asdı

Ötən gün gecə saatlarında Qəbələdə intihar hadisəsi qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Bum qəsəbə sakini, 1990-cı il təvəllüdlü Taleh Xancanov özünü çayxananın tavanından asıb.

İntiharın səbəbi araşdırılır.

Qeyd edək ki, 33 yaşlı T.Xancanov nişanlı olub və sentyabrda toy etməyə hazırlaşıb.