Gürcüstanda torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

Gürcüstanda torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

Gürcüstanın qərbindəki Şovi kurort zonasında torpaq sürüşməsi baş verib.

Gürcüstanın Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sürüşmə nəticəsində 6-sı uşaq olmaqla 16 nəfər torpaq altında qalıb.
Əraziyə iki xilasedici helikopter göndərildiyi bildirilib.