BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası Laçın yolu ilə bağlı vəziyyətin müzakirəsi məqsədilə iclas keçirəcək.

Bu barədə ABŞ-nin BMT-dəki daimi nümayəndəliyi öz saytında məlumat verib.

Saytda dərc olunan müvafiq bildirişə əsasən, iclas avqustun 16-da, yerli vaxtla saat 15:00-da keçiriləcək.