Şabranda 15 yaşlı yeniyetmə intihar edib

Şabranda 15 yaşlı yeniyetmə intihar edib

Şabran rayonunda yeniyetmə intihar edib.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Zeyvə kəndində baş verib.

Belə ki, rayon sakini, 2008-cı il təvəllüdlü Nəcəf Ariz oğlu Abdullayev yaşadığı fərdi yaşayış evinin həyətində yardımçı tikilidən özünü asaraq intihar edib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran rayon şöbəsinə təhvil verilib.

Hadisə ilə bağlı araşdırma aparılır.