Azərbaycan iyulda mobil internetin sürətinə görə üç pillə irəliləyib

Azərbaycan iyulda mobil internetin sürətinə görə üç pillə irəliləyib

Bu ilin iyul ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 182 ölkə arasında 29,14 MB/S sürətlə 117-ci yerdə qərarlaşıb.

ARANTV.AZ xəbər verir ki, bu, iyun ayı ilə müqayisədə bir pillə geriləmədir.

Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,44 MB/S), sonuncu yeri isə Kuba (1,86 MB/S) tutub.

Məlumata görə, mobil internetin sürətinə görə isə ölkəmiz iyulda 143 ölkə arasında 41,77 MB/S sürətlə 56-cı yerdə qərarlaşıb. Bu isə iyuna nisbətən üç pillə irəliləmə deməkdir.

Mobil internetin sürətinə görə birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) (205,77 MB/S), sonuncu – 143-cü yeri isə Kuba (3,87 MB/S) tutub.

Bundan başqa, iyulda Bakı şəhəri mobil internetin sürətinə görə beş pillə irəliləyərək 44,94 MB/S sürətlə 171 şəhər arasında 73-cü yerə sahiblik edib.

Şəhərlər arasında mobil internetin sürətinə görə birinci yeri 244,95 MB/S sürətlə Birləşmiş Ərəb Əmirliyinin Dubay şəhəri, sonuncu yeri isə 3,70 MB/S sürətlə Kubanın Havana şəhəri tutub.

Azərbaycan paytaxtı sabit genişzolaqlı internetin sürətinə görə isə 29,50 MB/S sürətlə 138-ci pillədə qərarlaşıb ki, bu da iki pillə geriləməkdir.

Şəhərlərin sabit genişzolaqlı internet üzrə reytinqində isə 195 şəhər rəqabət aparıb. Siyahıya BƏƏ-nin paytaxtı Əbu-Dabi şəhəri 271,66 MB/S sürətlə liderlik edib. Kubanın paytaxtı Havana şəhəri isə 1,81 MB/S sürətlə sonuncu olub.

Mənbə: “Speedtest Global Index”