Sumqayıtda zəhərlənənlərdən doqquzu evə buraxıldı – YENİLƏNİB

Sumqayıtda zəhərlənənlərdən doqquzu evə buraxıldı – YENİLƏNİB

TƏBİB-in tabeliyindəki Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına zəhərlənmə halı ilə bağlı yerləşdirilən 12 nəfərdən doqquzu ambulator müalicə üçün evə buraxılıb.

TƏBİB-dən bildirilib ki, üç nəfərin terapiya şöbəsində müalicəsi davam etdirilir:

“Onların vəziyyətləri qənaətbəxşdir, həyati təhlükələri yoxdur”.

13:00

Sumqayıtda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

APA-nın xəbərinə görə, 13 nəfər zəhərlənmə əlamətləri ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub.

İlkin məlumata görə, onlar taxta sexinin işçiləridir və sexin birəyə qarşı dərmanlanmasından sonra zəhərləniblər.