Qusar rayonunda, istirahət mərkəzində beş nəfər zəhərlənib.
“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Qusar rayonunun Caqar kəndində, “Park Qusar” istirahət mərkəzinin ərazisində qeydə alınıb.
Belə ki, istirahət edən sakinlər – 1973-cü il təvəllüdlü Aynurə Bəhram qızı Fərzəliyeva, 2003-cü il təvəllüdlü Bəhram Mübariz oğlu Xanıyev, 1986-cı il təvəllüdlü Fərid Zaman oğlu Əskərli, 1997-ci il təvəllüdlü Aygül Mübariz qızı Xanızadə və 2002-ci il təvəllüdlü Qızbəs Fəhruz qızı Fərzəliyeva zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına aparılıblar.
İlkin ehtimala görə, həmin şəxslər qəbul etdikləri qidadan zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
