Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi həlak olub – FOTO

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi həlak olub – FOTO

Ukrayna Silahlı Qüvvələrinin cənub birləşmələrinin azərbaycanlı hərbçisi Rafiq Hacıqulu oğlu Əliyev Zaporojye istiqamətində həlak olub.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, əslən Azərbaycanın Astara rayonunun Pensər kəndindən olan 1981-ci il təvəllüdlü Ukrayna vətəndaşı R.Əliyev bir müddət əvvəl itkin düşüb. Bu yaxınlarda isə onun meyiti tapılıb.

Hazırda onun nəşi cənub istiqamətində morqların birindədir.

R.Əliyev müharibəyə qədər Ukraynada Luqansk vilayətinin sakini olub.