Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

Betontökən qurğu Ordubad sakininin ölümünə səbəb olub

Avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı betontökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən Oxu.Az-a məlumat verilib.

Bildirilib ki, faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.