Yevlax Pilot Aqroparkda fərdi sahibkarlar Bəxtiyar Əsgərov və Əhməd Muradova rezident statusu verilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında yazıb.
“Rezidentlər tərəfindən 37,3 hektar sahədə investisiya həcmi 327 min manat olan intensiv meyvə bağları salınacaq, 12 nəfər daimi, 28 nəfər isə mövsümi işlə təmin ediləcək”, – nazir qeyd edib.
