Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Hacıqabulda bir gündə əmioğlulardan biri intihar edib, digərini maşın vurub

Hacıqabulda iki əmioğlu eyni gündə ölüb, biri intihar edib, digərini isə maşın vurub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu gün səhər saatlarında Hacıqabul rayon sakini, 2000-ci il təvəllüdlü Şərəfxan Mehti oğlu Ələkbərov özünü Ağacanlı kəndinin ərazisində yerləşən Xilə meşəsində ağacdan asaraq intihar edib.

Digər hadisə isə səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum avtomobil Hacıqabul sakini, 2001-ci il təvəllüdlü Röyal Abuzər oğlu Ələkbərovu vuraraq öldürüb.

Hər iki faktla bağlı araşdırma aparılır.