Yunanıstanda 33 yaşlı futbolçu oyun zamanı huşunu itirib dünyasını dəyişdi

Yunanıstanda 33 yaşlı futbolçu oyun zamanı huşunu itirib dünyasını dəyişdi

Yunanıstanda “Eptalofos” və “Europos” arasında keçirilən oyun zamanı bədbəxt hadisə baş verib.

33 yaşlı futbolçu Timoteos Karasavvidis qarşılaşmanın 37-ci dəqiqəsində huşunu itirib. Yarımmüdafiəçiyə defibrilyator vasitəsilə ilkin tibbi yardım göstərilib.

Daha sonra o, təcili yardım maşını vasitəsilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, futbolçunun həyatını xilas etmək mümkün olmayıb.

Mənbə: Olympia.gr