Azərbaycan basketbol millisi dünya reytinqində neçəncidir?

Azərbaycan basketbol millisi dünya reytinqində neçəncidir?

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi dünya reytinqində beş pillə geriləyib.

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytının yaydığı məlumata görə, yığma 66,7 xalla 118-cidir. Komanda Avropa zonasında 45-ci sırada qərarlaşıb.

ABŞ millisi 786,6 xalla liderdir. 778,2 xala malik İspaniya ikinci, 759,7 xalı olan son dünya çempionu Almaniya isə üçüncü pillədədir.