Hesablama Palatası Tacikistan Ali Audit Orqanının fəaliyyətinin həmkar qiymətləndirilməsini aparır

Hesablama Palatası Tacikistan Ali Audit Orqanının fəaliyyətinin həmkar qiymətləndirilməsini aparır

“Hesablama Palatası Tacikistan Ali Audit Orqanının fəaliyyətinin həmkar qiymətləndirilməsini aparır”.

ARANTV.AZ-ın məlumatına görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, strateji idarəetmə sahəsində nümunəvi qurum kimi qiymətləndirilərək beynəlxalq layihə çərçivəsində həmkar fəaliyyətinin qiymətləndirilməsi təklifini qəbul ediblər:

“Bu günlərdə Tacikistan Ali Audit Orqanının (AAO) Strateji Planının qurulmasına və SAI PMF-in aparılması üzrə işlərə başlamışıq”.