Mütəxəssisdən xəbərdarlıq: “Koronavirusun yeni variantına vaksin kömək etməyə bilər”
FILE PHOTO: A migrant woman and a child kiss during a gathering to request Chile's government regularize their immigration status before a new rule facilitating expulsion from the country, according to local media, is published, during the coronavirus disease (COVID-19) pandemic, in Santiago, Chile April 12, 2021. REUTERS/Ivan Alvarado/File Photo

Mütəxəssisdən xəbərdarlıq: “Koronavirusun yeni variantına vaksin kömək etməyə bilər”

Koronavirusun yeni variantı “pirola” vaksindən yayına bilər.

Bu barədə türkiyəli məşhur həkim-infeksionist, yoluxucu xəstəliklər və klinik mikrobiologiya mütəxəssisi Ümit Savaşçı xəbərdarlıq edib.

O, “pirola”nın hazırda dünyada “eris” variantı qədər olmasa da, sürətlə yayıldığını bildirib.

“Laboratoriya araşdırmaları virusun peyvənddən yayına biləcəyini göstərən simptomlar tapıb. Orqanizm onu fərqli bir virus kimi qəbul edə bilər”, – deyə mütəxəssis bildirib.

Bu səbəbdən həkim ehtiyat tədbirlərinə riayət etməyi və vaxtında mütəxəssisə müraciət etməyi məsləhət görüb.

Mənbə: Haber Global