Kamçatka yaxınlığında güclü zəlzələ baş verib

Kamçatka yaxınlığında güclü zəlzələ baş verib

Sakit Okeanda Rusiyanın Kamçatka vilayətinin şərq sahilləri yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.

Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhər dairəsindən 125 km şimal-şərqdə, 59 km dərinlikdə olub.

Qeyd edək ki, seysmik hadisə Petropavlovsk-Kamçatski, Yelizovo və Vilyuçinskdə 2,0-3,0 bal gücündə hiss olunub.

Mənbə: interfax