Ağstafada bədbəxt hadisə baş verib.
ARANTV.AZ xəbər verir ki, Ağstafada rayon ərazisindəki parkların birində çinar ağacı budağının sınması ölümlə nəticələnib.
Belə ki, ağacın budağı 2000-ci il təvəllüdlü Seymur Məmmədovun üzərinə düşərək onun həyatına son qoyub.
