Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir – FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanda səfərdədir – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfər edib.

AZƏRTAC xəbər verir ki, Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.