Gəncədə qəza törədən sürücü dörd gün sonra xəstəxanada ölüb

Gəncədə qəza törədən sürücü dörd gün sonra xəstəxanada ölüb

Gəncədə qəza törədən sürücü dörd gün sonra xəstəxanada vəfat edib.

“Report”un məlumatına görə, 1981-ci il təvəllüdlü Ramil Əskərov noyabrın 11-də idarə etdiyi “MOON 49” markalı mopedlə Gəncə şəhəri, Atatürk prospektində hərəkətdə olarkən idarəetməni itirərək aşıb. O, beyin qanaması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Yaralı noyabrın 15-də müalicə aldığı Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsində ölüb.

Faktla bağlı Gəncə Şəhər Polis İdarəsində araşdırma aparılır.