Sabah güclü maqnit qasırğası olacaq

Sabah güclü maqnit qasırğası olacaq

Sabah Yer kürəsini kifayət qədər güclü maqnit qasırğası bürüyəcək.
ARANTV.AZ xəbər verir ki, qasırğaya qırmızı təhlükə dərəcəsi təyin ediblər, onların hesablamalarına görə, fırtına K-indeksinin 5-ə çatacaq və bu, bir çox insanın sağlamlığının pisləşməsinə, başgicəllənməyə və xroniki xəstəliklərin kəskinləşməsinə səbəb ola bilər.

Günəş alovlarının yaratdığı bütün qasırğalar güc səviyyəsinə görə təsnif edilir – K-indeksi 2-dən K-indeksi 9-a qədər. K-indeksi nə qədər yüksək olsa, onun nəticələri bir o qədər güclüdür. K-indeksi 5-dən yuxarı olan bütün qasırğalar qırmızı səviyyəlidir. Onlar peyk, GPRS, mobil və ya radio rabitəsi ilə bağlı problemlər yarada bilər.