SOCAR yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalayıb

SOCAR yeni tankerin tikintisi ilə bağlı müqavilə imzalayıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bakı Gəmiqayırma Zavodu” MMC neftdaşıyan tankerin tikintisinə və alqı-satqısına dair müqavilə imzalayıb.

Bu barədə SOCAR-a maliyyə hesabatında məlumat yayılıb.

Məlumata görə, gəmiqayırma müqaviləsinin ümumi dəyəri 28,8 milyon ABŞ dollarıdır.

Xatırladaq ki, SOCAR ölkə prezidentinin 13 sentyabr 1992-ci il tarixli fərmanı ilə yaradılıb. 100% dövlətə məxsus şirkətin əsas fəaliyyəti neft, qaz və qaz kondensatlarının hasilatı, emalı və nəql edilməsi, eləcə də neftin, qazın və neft məhsullarının satışından ibarətdir.

“Bakı Gəmiqayırma Zavodu”nun təməli 2010-cu ildə qoyulub. 2011-ci il mayın 10-da “Bakı Gəmiqayırma Zavodu” MMC birgə müəssisəsi təsis edilib. 2013-cü ildə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı baş tutan zavoda 2015-ci ildə Qaradağ Sənaye Parkının rezidenti statusu verilib.