Ümummilli lider Heydər Əliyevin xatirəsi Ankarada yad edilib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyinin “X” hesabında paylaşım edilib.
Bildirilib ki, səfirlik heyəti və Ankarada səfərdə olan Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Türkiyə parlamentlərarası işçi qrupunun üzvləri Ankaradakı Heydər Əliyev parkını ziyarət edərək ulu öndərin abidəsi önünə çələng qoyublar.
