Azərbaycana qızılca ilə bağlı ilin sonunadək vaksinlər gətiriləcək

Azərbaycana qızılca ilə bağlı ilin sonunadək vaksinlər gətiriləcək

Azərbaycana ilin sonunadək orta və yaşlı şəxslər üçün qızılcaya qarşı vaksinlər gətiriləcək.

“Report” xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, vaksinlərin gətirilməsini Səhiyyə Nazirliyi təşkil edəcək.