Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Hərbi sirri yayanlar üçün ağır cəza

By Vüsal Rafiqoğlu
21.12.2023 3 Min Read

Yeni qanun konkret hansı halları nəzərdə tutur?

Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yaymağa görə cinayət məsuliyyəti müəyyənləşir.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik layihəsi l-ci oxunuşda təsdiqlənib. Dəyişikliklə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatları yayma, müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə və bu məcəllənin 274-cü, 276-cı və ya 284-cü maddələrində nəzərdə tutulmuş əməllərin əlamətləri olmadıqda 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Eyni əməllər ağır nəticələrə səbəb olduqda isə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Silahlı Qüvvələrin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu Məcəllənin 284-2-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılmasına görə 10 gündən 1 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında dövlət orqanları (qurumları) tərəfindən ictimaiyyətə açıqlanan məlumatların yayılması hallarına bu məcəllənin 614-1-ci maddəsinin qüvvəsi şamil edilməyəcək. Bu məsələ vətəndaşlar üzərinə ciddi məsuliyyət qoyur və maarifləndirmə işlərinin aparılmasına da ehtiyac var. İndiyədək vətəndaşlar bəzən qürur duyaraq, bəzən bilməyərəkdən hərbi kolonu, dislokasiyanı, təlimləri çəkib yayıblar. Bundan sonra isə həmin əməl cinayət sayılır. Konkret hansı hallar nəzərdə tutulur? Vətəndaşlar konkret hansı materialı və harada yayanda cinayət tərkibi yaranır?

Təxribatda İran dronları istifadə olunub? - Hərbi ekspert Üzeyir Cəfərov  aydınlıq gətirdi

 Üzeyir Cəfərov

Hərbi ekspert Üzeyir Cəfərov “Yeni Müsavat”a deyib ki, dünya hərbi sənayesi texnoloji inkişafın pik nöqtəsini aşıb: “Bu gün kosmosdan yerdəki ən xırda detalı belə onlayn rejimdə izləyən peyklər var. Hətta ən xırda yazıları belə oxumaq imkanında olan texniki vasitələr göydədirsə, yerdə hansısa Məmmədqulunun çəkib paylaşdığı fotoya görə cərimələmək, həbsə atmaq bizə nə verəcək?”

Hərbi ekspert deyib ki, əgər şəxs fotoları digər tərəfə ötürmək üçün çəkirsə, bu halda Cinayət Məcəlləsində müvafiq maddələr nəzərdə tutulub: “Düşmənə məlumat ötürən şəxs casusdur və əməli də Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tövsif edilərək cəzalandırılır. Qaydalara görə, hərbi texnikanın yerdəyişməsi günün elə saatında həyata keçirilir ki, küçədə-bayırda az adam olsun və foto-video çəkmək imkanları da məhdud olsun. Həyəcan siqnalı ilə hərbi hissə ayağa qaldırılırsa, bu başqa məsələdir. Bu halda belə küçədə hər saatda hərbiçiləri, hərbi texnikanı görməyən, qanunlardan bixəbər mülki şəxs foto çəkirsə, onu cəzalandırmaq ədalətsizlik olar”.

Hərbi ekspert deyir ki, hər bir belə fakt fərdi qaydada araşdırılmalıdır: “Bu gün hərbi-texnoloji baxımdan İsrail dünyanın ən inkişaf etmiş ölkələrindədir. Amma əsgəri əsir götürülürsə, işgəncə görməməsi üçün bildiyi hərbi sirri danışması tapşırılır. Biz nə edirik? Tankın fotosunu çəkənin cəzasını sərtləşdiririk. Nəyə nail oluruq? Türmələri doldururuq, türməyə doldurğumuz vətəndaşa görə dövlət büdcəsindən pul xərcləyirik, sonra da türmələrdə sıxlıq yaranmasından şikayətlənirik. Bu praktikadan əl çəkmək lazımdır. Sovet dövründə, texnoloji inkişafın ilkin mərhələsində qəbul olunan qanunları kənara qoymaq əvəzinə üzərində dəyişiklik edib daha da sərtləşdiririk. Nəzərə almırıq ki, sovet vaxtı bu qanunlar qəbul edilərkən telefon hər adamın evində yox idi. Mobil telefonlar isə insanlara nağıl kimi görünürdü. İndi isə hər kəsin əlində mobil telefon var. Taksi sürücüsü mobil telefondakı proqramla ölkənin bu başından o başına gedib çıxır. Mənzilbaşı 7 dalandan sonra olsa belə gedib ora çıxa bilir. Ölkədə İlon Maskın qatıldığı “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” mövzusunda Beynəlxalq Astronavtika Konqresi keçirilir. Kosmik texnologiyalar əsrində biz hələ də foto çəkib yayanı cəzalandırmaq üçün tədbirlər görürük. Azərbaycanın kosmosda 3 peyki var, biz hələ də sovetdənqalma qanunların əsiriyik”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Rusiyada məktəblərdə mobil telefondan istifadə qadağan edildi – bəs bizdə?

Next

Rusiyada son 7 ildə 100 min azərbaycanlı vətəndaşlıq alıb – sevinək, yoxsa…

Xəbər lenti

  • “Azərişıq”da kadr dəyişikliyi 26.07.2026
  • FHN gözlənilən güclü küləklə əlaqədar əhaliyə müraciət edib 26.07.2026
  • Sabahın havası meteohəssas insanların əksəriyyəti üçün əlverişlidir 26.07.2026
  • İyulun 27-si və 28-i ilə bağlı XƏBƏRDARLIQ – Dənizə girmək təhlükəlidir 26.07.2026
  • Bakıda və Abşeron yarımadasında temperatur 3-4 dərəcə enəcək 26.07.2026
  • Zuğulba-Mərdəkan yolunda AĞIR QƏZA – Yaralılar var, yol bağlandı 26.07.2026
  • Gələcək uşağın yaddaşında başlayır! 26.07.2026
  • “Əvvəllər də bir-iki qoyun satıb evdən gedib” – İtən gənc çobanla bağlı yeni TƏFƏRRÜAT – VİDEO 26.07.2026
  • Çimərliyə gedənlərə XƏBƏRDARLIQ 26.07.2026
  • Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO 26.07.2026
  • Avtobusda bu əşyaları daşımaq qadağandır – Qanun deyir ki… 26.07.2026
  • Azərbaycanda ən çox bazar bu bölgədədir 26.07.2026
  • Əhaliyə XƏBƏRDARLIQ: Diqqətli olun! 26.07.2026
  • Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub 26.07.2026
  • Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı XƏBƏRDARLIQ edildi 26.07.2026
  • Sabah hava necə olacaq? – PROQNOZ 26.07.2026
  • Azərbaycan XİN Maldivi Müstəqillik Günü münasibətilə təbrik edib 26.07.2026
  • Benzinin qiymətinə təsir edəcək qərar – Bu ölkədə 26.07.2026
  • Fəhləlikdən polkovnik-leytenant rütbəsinədək: Fred Asifin unudulmaz xatirəsi 26.07.2026
  • Həkimdən çimərliklərdə satılan qarğıdalı ilə bağlı xəbərdarlıq 26.07.2026
  • Bakıda 39 dərəcə isti qeydə alındı – FAKTİKİ HAVA 26.07.2026
  • Emin Hüseynov yenidən erməni revanşistlərlə eyni masada Azərbaycanı hədəfə aldı – VİDEO 26.07.2026
  • Azərbaycan ilə Maldiv arasında əlaqələrin hazırkı inkişaf dinamikası bizi sevindirir 26.07.2026
  • Abituriyentlərin DİQQƏTİNƏ: bu ixtisaslar LƏĞV ediləcək? 26.07.2026
  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv