Bakıda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakıda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsində xəsarət alıb

Bakının Xətai rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Təhminə Bəxtiyar qızı Həsənova xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.