Azərbaycan Rusiyaya 1,5 mln. yumurta ixrac edib

Azərbaycan Rusiyaya 1,5 mln. yumurta ixrac edib

Azərbaycan Rusiyaya 1,5 milyon yumurta ixrac edib.

ARANTV.AZ xəbər verir ki, bu barədə Rosselxoznadzor məlumat yayıb.

Bildilirib ki, yanvarın 11-nə kimi Azərbaycandan Rusiyaya 1,5 milyon yumurta (90,63 ton) idxal edilib.

“Yanvarın 11-də Yaraq-Kazmalyar keçid məntəqəsi vasitəsilə Azərbaycandan Rusiyaya 18,63 ton (306 min ədəd) həcmində ərzaq yumurtasının növbəti partiyası gətirilib”, – deyə Rosselxoznadzorun yaydığı məlumatda qeyd olunub.