Lavrov Ermənistanı Azərbaycanla normallaşma istiqamətində irəliləyiş əldə etməməkdə ittiham edib

Lavrov Ermənistanı Azərbaycanla normallaşma istiqamətində irəliləyiş əldə etməməkdə ittiham edib

“Ermənistanla Azərbaycan arasında normallaşma istiqamətində irəliləyişin olmaması Qərbin məsləhəti ilə oturub-duran İrəvanın mövqeyindən qaynaqlanır”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov 2023-cü ildə Rusiya diplomatiyasının yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

“İrəvanın kimdən məsləhət aldığını bilmirəm, amma Rusiya-Ermənistan-Azərbaycan əməkdaşlığının marşrutların açılması, sərhədlərin delimitasiyası, sülh müqaviləsinin hazırlanması ilə nəticələnəcəyini anlayan kimi Avropa İttifaqı, Fransa, Almaniya və ABŞ-nin dərhal bu proseslərə dəvətsiz sızmağa başladıqlarını gördük”, – deyə Lavrov bildirib.

“Azərbaycan Rusiya platformasında sülh müqaviləsi imzalamağa hazırdır – bu, faktdır. İrəvanın buna nə dərəcədə hazır olduğu hələ məlum deyil”, – nazir əlavə edib.

Mənbə: TASS