Dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər – YENİLƏNİR

Dövlət qurumlarının əməkdaşları Şəhidlər xiyabanını ziyarət edirlər – YENİLƏNİR

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov və qurumun əməkdaşları Şəhidlər xiyabanını ziyarət ediblər.

ARANTV.AZ-ın məlumatına görə, onlar şəhidlərin xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

10:27

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Müdafiə Nazirliyinin şəxsi heyəti 20 Yanvar – Ümumxalq Hüzn Günündə Şəhidlər xiyabanını ziyarət edib.

ARANTV.AZ  xəbər verir ki, ziyarətdə müdafiə naziri general-polkovnik Zakir Həsənov, nazir müavinləri, qoşun komandanları və digər şəxslər iştirak ediblər.

Vətənimizin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.