Ağsuda yeniyetmə dəm qazından boğularaq ölüb

Ağsuda yeniyetmə dəm qazından boğularaq ölüb

Ağsuda dəm qazından ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə rayonun Səməndər Rzayev küçəsində qeydə alınıb.

Rayon sakini, 2012-ci il təvəllüdlü Fidan Valeh qızı Sadıqova dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.